img

HajMa Group Of Companies şirkəti çoxşaxəli və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətdir.

Şirkətin bir neçə qolu vardır. Lakin əsasən İT sahəsində fəaliyyət göstərir.

HajMa Group Of Companies şirkəti 2010 -cu ildə təsis edilib.Təsis edilərkən yalnız İT sahəsində fəaliyyət göstərən şirkət sonralar qarşısına başqa məqsədlər də qoyur.Şirkətin əsas məqsədi ölkəmizdə biznesin və azad sahibkarlığın fəaliyyətinə öz tövhəsini vermək, sağlam rəqabət mühiti yratmq və mövcud inhisarları aşmaqdır.Ölkəmiz illər ötdükcə demək olar ki, bütün sahələrdə inkişaf edir.Azərbaycanda Neft-Qaz sənayesindən əlavə digər sahələr , aqrar, kənd təsərrüfatı, idman, kosmik, elmi , ictimai, iqtisadi, texnolojı, itehsal, metallurgiya kimi sahələrdə inkişaf mərhələsinə qədəm qoyub.

HajMa şirkətlər qrupu da bu istiqamətdə öz fəaliyyətini zənginləşdirməkdədir. İT fəaliyyətinin ardınca media sahəsində ilkə imza atan elə məhz HajMa şirkətlər qrupunun təsis etdiyi Qalanews.com xəbər portalı olub.Belə ki Qalanews xəbər portalı Azərbaycanda ilk dəfə xəbərin sayt şəklində səsli versiyasını izləyicilərinə təqdim edib. Sayt 2014 cü ildə yaradılıb.

Media fəaliyyətinin ardınca şirkətin media səhəsindəki, digər qolları olan HajMa Media, Hajma News kimi layihələri işıq üzü görüb.

img
img

Bundan əlavə ilklərə imza atan şirkət ölkəmizdə ilk dəfə analoqu olmayan onlayn ayıq sürücü xidməti olaraq HajMa Driver layihəsini yaradıb və fəaliyyətdədir.

Şirkətimizin başlıca məqsədləri fəaliyyət sahəsində bütün sahələri üzrə lider şirkətə çevrilmək.Vətəndaşlarımıza bütün sahələr üzrə keyfiyyətli xidmət təklif etməkdir.HajMa Event , Hajma Charity bu kimi layihələrdən bir neçəsidir.

Ölkəmizdə aparılan müstəqil siyasətə və quruculuğa dəstək verən şirkətimiz cəmiyyətimizin düzgün maarifləndirilməsi istiqamətində işlər görür, milli mənəvi dəyərlərimizi əsas tutur.Ölkəmiz müharibə şəraitində yaşayan bir dövlətdir.Bu səbəbdən şirkət bütün fəaliyyəti sferasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasına , təbliğinə və təşviqinə önəm verir.Mütamadi olaraq ordu quruculuğumuz haqqında məqalələr, videosüjetlər, reportajlar və araşdırmalar hazırlayır.

Azərbaycan həqiqətlərini həm Azərbaycan həm Rus, həm də İngilis dillərində ictimaiyyətə çatdırmağa çalışır.Məhz 2018 ci ildə Xocalı soyqırımının 26 – cı il dönümündə şirkət müvafiq bir aksiyaya imza atmışdır.Üzərində Xocalı həqiqətlərini özündə əks etdirən beş min qutu su əhaliyə və şəhərimizə gələn qonaqlara paylanmış, əməkdaşlarımız isə üzərində Xocalı sözləri yazılan köynəkləri insanlara paylayaraq bu soyqırımı unutmamağa dəvət etmişdir.

img
img

Bundan əlavə, ölkəmizin iqtisadi inkişafının dünyaya və ölkəmizə çatdırılması istiqamətində HajMa İntvesting xəbər portalı yaradılmışdır.Dünyada və Ölkəmizdə baş verən bütün iqtisadi dəyişiklikləri burada izləyə bilərsiniz.

Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözlərini rəhbər tutaraq ölkəmizdə ən mühüm 3 sahə üzrə fəaliyyətimizi davam edirik.Cəmiyyətdəki qaranlıq məqamları işıqlandırır və üzə çıxarırıq.Bu sahələr Ordu Quruculuğu, İqtisadiyyat və Sosial sahədir.

HajMa Group Of Companies ölkəmizdə baş tutan bütün beynəlxalq tədbirlərdə iştirak edir və onları yaxından izləyir.Bunların sırasına Avropa Oyunları, Gənclərin Avropa Olimpiya Oyunları, Formula 1 yarışları və digərləri daxildir.

Gələcəkdə də HajMa şirkətlər qrupu bu kimi digər layihələrə imza atmağı düşünür.

img

Yaradıcılıq Agentliyi Bakı - Azərbaycan 2010-cu ildən.

Beynəlxalq səviyyəyə çıxaraq qrupa daxil olan şirkətlərin təmsil olunduğu biznesin bütün istiqamətləri üzrə Azərbaycanı layiqli şəkildə təmsil etməkdir

Media Qurumları ilə Fəaliyyət
Proqramlaşdırma üzrə yenilikər
Xeyriyyəçilik
Hərbi Vətənpərvərlik sahəsində təbliğat və təşviqat
img
img
img
img
img
img
img
img