HajMa Books, bədii ədəbiyyatdan qeyri-bədii kitablara və iş ədəbiyyatına qədər müxtəlif janrların yenilikləri də daxil olmaqla bestseller və klassiklərin kataloquna daxil olmaq imkanı verən müasir bir onlayn kitabxanadır. Adi bir kitabxanada olduğu kimi, hansı kitabları oxuduğunuzu dəqiq bilmək üçün qeydiyyata ehtiyacımız var və on minlərlə kitabdan sizə uyğun olanı təklif edə bilərik. Qeydiyyatdan keçdikdən sonra hansı kitabı oxumaq istəyirsinizsə ödənişini ödəyib oxumağa başlaya bilərsiniz. Həmçinin kitabları veb brauzer vasitəsilə də oxuya, iPhone və iPad tətbiqetməsindən və ya Android tətbiqindən istifadə edə bilərsiniz. HajMa Books-da Dini kitablar ödənişsizdir. Siz dini kitabları tam ödənişsiz şəkildə veb brauzer və ya tətbiqetmələr vasitəsilə oxuya bilərsiniz. Biz bütün dünya klassiklərini bir ünvanda cəmləyib sizə təqdim edirik. Həmçinin kitabxanamızda bir çox dillərdə kitablar da mövcuddur. Əgər dil biliyinizi inkişaf etdirmək istəyirsinizsə, kitabxanamıza daxil olub kitablarımızla tanış ola bilərsiniz. Uşaqlar üçün ayrılmış kateqoriyamız valideynlərin ən böyük köməkçisi olacaq. Bu kateqoriyada həm valideyn - uşaq münasibəti, həm uşaq psixologiyası, həm də uşaqlar üçün nağıl və əyləncəli kitablar mövcuddur. Nəzərinizə çatdırırıq ki, bizim veb brauzer və tətbiqetmələrimizdən sadəcə mail və ya mobil nömrə ilə asanlıqla qeydiyyatdan keçə bilərsiniz. Dəyərli vaxtınızı HajMa Books ilə səmərəli istifadə edin. Sizə xoş mütaliələr diləyirik.
Dünya kitabxanası. Kitab elmin açarıdır. Kitabsevərlər hər zaman online kitabxana axtarışında olurlar. Bu səbəbdən elə HajMa Books sizə online xidmət edəcək. Dünya və yerli yazıçıların kitablarını əldə edə bilərsiniz.
XVIII əsrdə olduğu kimi, XIX əsrin əvvəllərində də təhsil müsəlman ruhanilərinin təsir dairəsində idi. Məscidlərin və digər dini ocaqların nəzdində məktəb və mədrəsələr yetərincə fəaliyyət göstərirdi. Çoxillik ənənəvi təhsil öz işini, inkişafını davam etdirirdi. Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu. 1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də tezləşdirdi. Tədricən Gəncə, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı. Bu ikisinifli məktəblərdə şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dili tədris edilirdi.
Hajma Books informasiya cəmiyyətinin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.
Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir. Uzaq məsafədə yerləşən ehtiyatlara kitabxana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən “istifadə üçün açıq” olan İnternet ehtiyatları aiddir.
Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.
Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı.
Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə “Qazaniyyə”, “Fələkiyyə”, “Şeyx Kəmaləddin Xocəndi”, “Dəməşqiyyə”, “Qazi Şeyx Əli”, “Məqsudiyyə”, “Müzəffəriyyə”, “Nəsriyyə” mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda “Şəfeiyyə” və “Hənəfiyyə” mədrəsələri olmuşdur. Bakıda “Şah məscidi” yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki “Darül-irşad”, Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
İçərişəhərdə mədrəsə
Bu dövrdə orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyi xəbər verilir. Təbrizdə “Rəbi-Rəşididə” darülfünunu Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı. Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə yanaşı, həm də əhalinin müalicəsilə məşğul olmuşlar. Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Bu müəssisə həm də zəngin kitabxanası ilə də sayılır, seçilirdi. Tədris ərəb, fars və Azərbaycan dillərində aparılırdı.
Parisdə təhsil alan azərbaycanlı tələbələr, 1920-ci il
XVI-XVII əsrlərdə elmlə yanaşı təhsil də inkişaf etmiş, bir sıra yeniliklər baş vermişdir. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din xadimləri rəhbərlik edirdi. Tələbələr yenə də məscidlərdə, şəxsi evlərdə təşkil edilən məktəb və mədrəsələrdə təhsil alırdılar. Uşaqlar əvvəlcə ana dilində, yuxarı siniflərdə isə ərəb və fars dillərində təhsillərini davam etdirirdilər. Əlifbanı tamam- kamal öyrəndikdən sonra “Quran”ı əzbərləyirdilər. Təhsil ocaqlarında ilahiyyat dərsi geniş tədris edilsə də, ictimai və təbiət elmləri də keçilirdi. Eyni zamanda astronomiya və riyaziyyat elmlərinin tədris edilməsi barədə də xəbər verilir. XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərəsində xüsusi mədrəsə fəaliyyət göstərmişdir.
Bu və bu kimi müxtəlif sahələrdə və janrda olan kitabları yalnız Hajma Books onlayn kitabxanasında oxuya və ya yükləyə eyni zamanda ödənişli kitabları əldə edə bilərsiniz.
Google Play dən və ya Apple Store dan Hajma Books Mobil Əlavəsini yükləyin və bütöv bir kitabxananı smartfonunuza yerləşdirin.