img

Hajma Akademiyası sizə həyatınızı dəyişəcək yeniliklər və kurslar təklif edir.


Hajma Akademiyası sizə həyatınızı dəyişəcək yeniliklər və kurslar təklif edir.

Akademiyanın təlim tədris korpusuna müxtəlif sahələr üzrə ixtisaslaşmış və  peşəkar şəxslər rəhbərlik edir.

 

TƏKLİFLƏRİMİZ

Media və Jurnalistika Kursları

Jurnalistika kursları mövcud bölmələrimizdən biridir.

Peşəkar aparıcı, radioaparıcı,müxbir, xəbər spikeri, prodüser, redaktor,şoumen, video operator, videomontaj mühəndisi və bu sahənin digər bölmələri üzrə biliklərə yiyələnmək istəyən şəxslər Hajma Akademiyasının Media və Jurnalistika bölməsinə müraciət edə bilərlər.

Kurslar 4 ay müddətində həftədə 2 əyani və 1 praktiki dərs bloku olmaqla keçirilir.

Kursu bitirənlər rəsmi sertifikatla təmin olunur.

Kursu fərqlənmə ilə bitirən şəxslər Hajma Group of Companies şirkətinin nəznində fəaliyyət göstərən Qalanews.com xəbər portalında işlə təmin olunur.

 

İT MÜTƏXƏSSİSİ

İT Kursları (1) bir il müddətində davam edir.

Peşəkar İT müxtəxəssislər tərəfindən keçirilən bu kurslarda bu sahənin bütün incəlikləri detallarından tutmuş ən xırda məqamlarına qədər tədris olunur.

 

TİBBİ PEŞƏ KURSLARI

Əczaçılıq və Tibb bacısı bölmələri üzrə keçirilən kurslar 5 ay müddətində tədris olunur.

Kurslar zamanı tələbələrə Əczaçılıq və Tibb bacısı kateqoriyası üzrə kurslar keçirilir.

Əczaçılıq kurslarında dərman pereparatlarının tərkibi, istifadə qaydaları, istehsalçı ölkə, həmin ölkələrin səhiyyə indeksi və s. kimi məlumatlar öyrədilir.

Tibb bacısı bölməsində isə ilkin tibbi yardımdan başlayaraq, xəstə baxıcılığı, dərman və peyvənd vasitələrinin istifadəsi və s. kimi mövzular tədris olunur.

Dərslər həm əyani həmdə, praktiki olaraq keçirilir.

Məktəbəqədər hazırlıq kursları.

Biz gələcəyimizin qarantı olan körpələrimizidə, unutmamışıq,

Məktəbəqədər hazırlıq günümüzdə çox önəmli bir məsələdir.

Övladınızın zehni və məntiq keyfiyyətlərini artırmaq istəyirsinizsə Hajma Akademiyası sizin üçün əla seçimdir.

Abiturient Kursları

Abiturientlərə Tarix və Coğrafiya fənləri üzrə keyfiyyətli təhsil proqramı təklif olunur.

Sonda istər klassik istərsə də, test üsulu ilə yekun imtahanları keçiriləcək.

Bundan əlavə Hajma Akademiyasında sizə digər sahələr üzrə

SMM

Mühasib

Biznesin idarə edilməsi

Alman, Rus və Fransız dilləri üzrə kurslar təklif edir.

   Bu istiqamətdə bizə etibar etmənizin səbəbləri isə aşağıdakılardır.

1.Biz sizə qeyd olunan ixtisaslar üzrə dolğun, ətraflı, əyani və praktiki təlim tədris sistemi vəd edirik.

2.Daxil olduğunuz və təhsil aldığnız bölmə üzrə rəsmi diplom və sertifikatla təltif olunursunuz.

3.Kursu fərqlənmə ilə bitirən tələbələr ixtisasından asılı olmayaraq işlə təmin olunur.

4.Bəzi sahələr varki, ölkəmizdə bu yöndə heç bir  kurs və akademiya mövcud deyil, və məhz biz sizə bu istiqamətdə şans tanıyırıq.

5.Hajma Akademiyası mövcud kateqoriyalarda sizin biliyinizi dəyərləndirərək ixtisasınızın hansı istiqamətdə davam etməsini təyin edir.



img
img
img
img
img
img
img
img