img

HajMa Charity layihəsinin dilimizdəki adı İkinci həyat layihəsidir.


Hajma Charity layihəsinin dilimizdəki adı İkinci həyat layihəsidir.

İkinci həyat layihəsi, Hajma şirkətlər qrupu tərəfindən yaradılan təmənnasız xeyriyyə layihəsidir.

fiziki şəxs və ya xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir.

Hacı Zeynalabdin Tağıyev Məşhur azərbaycanlı xeyriyyəçi

Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:

1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;

2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;

3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.

Hajma Charity xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatıdır.

Müasir dövrümüzdə ölkəmizdə yardıma ehtiyacı olan və sosial vəziyyəti məhdud olan minlərlə insanlar var.

Onların bizim köməyimizə ehtiyacı var.İkinci Həyat layihəsi təmənnasız şəkildə yardıma ehtiyacı olan şəxslərin problemlərini işıqlandırır və yayımlayır.

Onların arasında ən çox üstünlük təşkil edən müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər və azyaşlıların valideyinləridir.

Gəlin bir olaq , birlik olar onları köməksiz buraxmayaq.


img
img
img
img
img
img
img
img